Rusiya Xarici İşlər Nazirliyi əcnəbi vətəndaşları Britaniya kəşfiyyat xidmətlərinin Ukraynadakı əməliyyatlara sərfiyyat materialı kimi cəlb etmə cəhdlərinə uymamağa çağırır.
Az.shafaqna.com Sputnik-ə istinadən xəbər verri ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
Diplomat Ukraynanın əks-hücumunda iştirak etmək üçün Yaxın Şərq və Şimali Afrika ölkələrindən muzdluların axtarışı ilə bağlı Britaniyanın vakansiya sistemində məlumatların yerləşdirilməsinə diqqət çəkib.
“Şübhə yoxdur ki, bu hərəkətin arxasında böyük ehtimalla öz ölkələrinin vergi ödəyiciləri hesabına Ukrayna üçün “uğurlu əsgərləri” işə götürməyə külli miqdarda pul ödəməyə hazır olan Britaniya kəşfiyyat xidmətləri dayanır. Biz hər kəsi müvafiq nəticələr çıxarmağa və Kiyev terror rejimi üçün axmaqcasına “sərfiyyat materialları” axtaran britaniyalıların quldurluq cəhdlərinə uymamağa çağırırıq”, – deyə Zaxarova bildirib.
Bu məqaləni paylaş