Qaribaşvili: Aİ-yə namizədlik statusu Gürcüstanda qütbləşməyə son qoyacaq

Az.shafaqna.com xəbər verir ki, Bratislavada, Qlobal Təhlükəsizlik Forumunda panel iştirakçılarından biri Gürcüstanın Baş naziri İrakli Qaribaşviliyə Gürcüstanda qütbləşmənin sona çatması ilə bağlı sual verib.

Belə ki, fransız jurnalist baş nazirə sual verib: “Siz 12 tövsiyədən biri olaraq qütbləşməyə son qoyulması məsələsindən bəhs etdiniz. Mümkünsə, bu barədə bizə ətraflı məlumat verin”.

İrakli Qaribaşvili sualın cavabında namizəd statusunun alınmasının Gürcüstanda qütbləşməyə son qoyacağını bildirib.

“Növbəti GLOBSEC zirvə görüşündə oxşar suallar və oxşar qütbləşməni aradan qaldırmaq istəyiriksə, o zaman bizə status verin. Status Gürcüstanda qütbləşməyə son qoyacaq” – deyə İrakli Ğaribaşvili bildirib.

Bu məqaləni paylaş