Az.shafaqna.com trthaber-ə istinadən xəbər verir ki, Türkiyə (XİN) Xarici İşlər Nazirliyindən yayılan yazılı açıqlamada Kosovonun şimalında baş verən hadisələrin narahatlıqla izləndiyi və sözügedən hadisələrin regional təhlükəsizlik və sabitliyə zərər verdiyinə işarə edilərək bütün tərəflər zorakılıqdan çəkinməyə və gərginliyi artıracaq addımlar atmamağa çağırılıb.
Türkiyənin hadisələrin genişlənməsinin qarşısının alınmasında Kosovo Sülh Korpusunun (KFOR) konstruktiv rolunu alqışladığı qeyd edilib.
“Hadisələr zamanı bəzi KFOR əsgərlərinin xəsarət almalarına təəssüflənirik” deyilən bəyanatda gərginliyi azaltmağın və regionda daimi sülh və sabitliyin qorunmasının yeganə yolunun davam edən dialoq prosesində irəliləyiş əldə etmək olduğu vurğulanıb.