Az.shafaqna.com AA-ya istinadən xəbər verir ki, Bağdadda yerləşdirilmiş polis və hərbi hissələr şənbə günü gecə saatlarında yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib.
İraq təhlükəsizlik orqanlarındakı mənbələrdən bildirilib ki, qərar Baş nazir Mustafa əl-Kazımi tərəfindən qəbul edilib.
Hökumət məsələ ilə bağlı ictimaiyyət üçün aydınlıq gətirib.
Baş nazirin hərbi məsələlər üzrə müşaviri Yəhya Rəsul bəyan edib ki, paytaxtda vəziyyət sabitdir, əl-Kazıminin tapşırığı isə təhlükəsizlik strukturlarının “gündəlik fəaliyyətinin bir hissəsidir”.
Bu məqaləni paylaş