Avropa: Rusiya Ukraynada qalib gəlməyincə…

Rusiya Ukrayna ilə müharibədə qalib gəlməyincə danışıqlar aparmayacaq.

Az.shafaqna.com TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) Xarici Siyasət Xidmətinin başçısı Jozep Borrel bəyan edib.

Mən Rusiyanın müharibədə qalib gəlmək istəməsi ilə bağlı açıq-aşkar məramını görürəm. Rusiya qalib gəlməsə, danışıqlara getməyəcək“, – deyə o qeyd edib.

Borrel əlavə edib ki, optimizm olmadan bu yay münaqişənin inkişafını – şiddətlənməsini gözləyir.

Buradan da o, bu qənatə gəlib ki, Aİ Ukraynaya olan “hərbi dəstəyi artırmağa davam etməlidir“.

Bu məqaləni paylaş