“Rusiya ilə müharibə olsa, Gürcüstan tək qalacaq”

Gürcüstanda müharibə riskini şişirtmək olmaz və ölkə rəhbərliyi də vətəndaşlar da, siyasətçilər də öz məsuliyyətlərini başa düşsünlər deyə bu təhlükəni dilə gətirir.

Az.shafaqna.com “Sputnik Georgia”-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bəyan edib.

Xatırladaq ki, Gürcüstan prezidenti Salome Zurabişvili bir neçə gün öncəki çıxışı zamanı ölkə rəhbərliyini tənqid edərək demişdi ki, ölkə cəmiyyətində müharibə qorxusunun təlqini və ya bunun manipulyasiyası uğurlu idarəetmənin formulası ola bilməyəcək.

O (Zurabişvili – red.) deyir ki, “Gürcü Arzusu”nun müharibə ilə qorxutmaq siyasəti var və guya ki, bütün bunlar manipulyasiyalardır… Bizim nəyisə şişirtdiyimizi demək qeyri-mümkündür. Müharibənin nəzəri risk olması barədəki danışıqlar reallıqdan uzaqdır“, – deyə Papuaşvili bildirib.

Qeyd edək ki, Gürcüstan müxalifətinin bir qismi və bəzi Qərb siyasətçiləri rəsmi Tbilisini Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə çağırırlar. Daha öncə də Papuaşvili dəfələrlə vurğulayıb ki, Gürcüstan hakimiyyətindən Rusiyaya qarşı sanksiyalar tətbiq etməyi təklif etmək, faktiki olaraq, eskalasiya və hərbi qarşıdurmaya daxil olmaq çağırışıdır.

Onlar hər dəfə təxribatlarla Gürcüstanı müharibəyə cəlb etməyi bacarıblar. Biz buna görə müharibə təhlükəsi barədə danışırıq ki, vətəndaşlar da, siyasi liderlər də öz məsuliyyətlərini anlasınlar. Biz həmişə asanlıqla öz emosiyalarımızın ardınca getmişik, (lakin) biz öz hislərimizə nəzarət etməyə çalışmalıyıq və soyuqqanlılıqla hərəkət etməliyik“, – deyə parlament sədri əlavə edib.

Gürcüstan qanunverici orqanının başçısının sözlərinə görə, 2008-ci il münaqişəsindən sonra Qərb tərəfdən nəinki müvafiq reaksiya olmayıb və Rusiyaya qarşı sanksiyalar tətbiq edilməyib, hətta, əksinə, rəsmi Moskva ilə münasibətlərin yenidən başladılması siyasəti barədə açıqlamalar edilmişdi.

Sizi əmin edirəm, əgər Rusiya yenidən Gürcüstanda eskalasiya başlatsa, burada bizimlə (yanbayan) heç kim vuruşmayacaq, biz tək olacağıq. Biz Ukraynaya baxır və heç kəsin Ukrayna xalqı ilə yanbayan və ya onların yerinə vuruşmadığını görürük. Qərbin edə biləcəyi maksimum şey silah tədarük etməkdir. Silah tədarük edilir, lakin quruda yalnız ukraynalıların qanı tökülür“, – deyə Papuaşvili bəyan edib.

O əlavə edib ki, əslində, “biz Qərbdən olan həmkarlarımıza deməliyik ki, biz hazırda Ukraynada baş verənlərdən artıq 2008-ci ildə keçmişik və indi də onlar bizim bir daha oxşar risk altında olmamağımıza səbəb olmalıdır”.

Bu məqaləni paylaş