İtaliyada turistlərin olduğu qayığın batması 4 nəfərin ölümü ilə nəticələndi

Az.shafaqna.com-un Azərtac-a istinadən verdiyi xəbərə görə, İtaliyanın şimalındakı Maggiore gölündə turistlərin olduğu 16 metrlik yelkənli qayığın batması nəticəsində 4 nəfər ölüb.

Məlumata əsasən, sərnişinlər və ekipaj üzvləri daxil olmaqla 24 nəfərin olduğu qayıq əlverişsiz hava səbəbindən aşıb. İyirmi nəfər ətrafdakı qayıqlar tərəfindən xilas edilib, onlardan bəziləri üzərək sahilə çıxıb. Hadisə nəticəsində 4 nəfər itkin düşüb və onların cəsədləri dalğıclar tərəfindən göldən çıxarılıb.

Qayığın güclü küləyin səbəb olduğu yüksək dalğalar nəticəsində aşdığı ehtimal edilir

Bu məqaləni paylaş