
Az.shafaqna.com RİA-ya istinadən xəbər verir ki, Qırğızıstanda gecə soyğunçuluq və talançılıq halları baş verməyib.
Bu barədə ölkənin Daxili İşlər Nazirliyindən məlumat verilib.
Həmçinin paytaxt Bişkekdə də gecə talansız keçib.
“Vətəndaşların ictimai təhlükəsizliyi güc strukturlarının və drujina nəfərlərinin nəzarəti altındadır. Şəxsi və dövət əmlakı, həmçinin strateji mühüm obyektlər etibarlı mühafizə altındadır”, – deyə qeyd edilib.
Xatırladaq ki, parlament seçkilərinin nəticələrinin açıqlanmasından sonra 5 oktyabrda Qırğızıstandakı siyasi böhran kəskinləşib. MSK bildirib ki, 16 partiyadan yalnız 4-ü 7%-lik həddi keçə bilib. Bundan sonra ölkədə seçki nəticələri ilə razı olmayanların kütləvi etirazları başlayıb, hüquq-mühafizə əməkdaşları ilə toqquşmalar baş verib – yüzlərlə insan xəsarət alıb, 1 nəfər isə dünyasını dəyişib. Daha sonra MSK seçki nəticələrini ləğv edib.






























