Bu gün Bakı-Quba avtomobil yolunun 123-cü km-də, yolun Şabrandan keçən hissəsində Masallı rayon sakini, 28 yaşlı Ruhin Rüfət oğlu Ağayevin idarə etdiyi “Kia Rio”markalı avtomobillə Bakının Qaradağ rayon sakini, 60 yaşlı Gülbala Niyətulla oğlu Hacıyevin idarə etdiyi “Kraz 65101” markalı xüsusi təyinatlı avtomaşın toqquşub.
“Az.shafaqna.com” xəbər verir ki, qəza nəticəsində “Kia”nın sürücüsü Ruhin Ağayev bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Faktı DİN-in Baş İstintaq və Təhqiqat idarəsinə bilavasitə yol nəqliyyat hadisələrinə dair istintaq və təhqiqat şöbəsi araşdırır.
Bu məqaləni paylaş