Kolumbiyada 5,7 bal gücündə zəlzələ baş verib

Az.shafaqna.com-un verdiyi xəbərə görə, Kolumbiya Geoloji Xidməti (SGC) episentri ölkənin Los Santos şəhərində olan 5,7 bal gücündəki zəlzələnin yerli vaxtla saat 10:47-də qeydə alındığını, ocağının isə 152 kilometr dərinlikdə olduğunu bildirib.

Kolumbiya Prezidenti Qustavo Petro sosial media hesabından paylaşdığı açıqlamada təbii fəlakətdə can itkisinin olmadığını və fəsad yaranmadığını qeyd edib.

Bildirilir ki, yeraltı təkanlar paytaxt Boqota da daxil olmaqla bir çox şəhərdə hiss edilib.

Bu məqaləni paylaş