Şirvanda ödəmə terminalından oğurluq edilib.
“Az.shafaqna.com” xəbər verir ki, Daxili İşlər Nazirliyindən verilən məlumata görə, şəhər ərazisində yerləşən marketlərin birində quraşdırılmış ödəmə terminalından 5694 manat oğurlanıb.
Şirvan şəhər Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş C.İsmayılov saxlanılıb.
Araşdırma aparılır.
Bu məqaləni paylaş