Bakıda oğurluq edən şəxs metamfetaminlə tutuldu

Bakıda bir nəfərə qarşı oğurluq edilib.

“Az.shafaqna.com” xəbər verir ki, Daxili İşlər Nazirliyindən verilən məlumata görə, mayın 26-da Nizami rayonu ərazisində bir nəfərin içərisində 870 manat pulu, bank kartları, sənədlər və mobil telefonu olan çantasının oğurlanması barədə polisə məlumat daxil olub.

Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Tərtər rayon sakini Asəf Hüseynov müəyyən olunaraq saxlanılıb.

Şəxsi axtarış zamanı ondan metamfetamin aşkar olunaraq götürülüb.

Araşdırma aparılır.

Bu məqaləni paylaş