Qubada tanışını bıçaqlayan şəxs saxlanıldı

Az.shafaqna.com-un verdiyi xəbərə görə, mayın 28-də Quba şəhəri ərazisində Elman Muradov münaqişə zəminində tanışı Seyfəddin Ağayevə bıçaq xəsarətləri yetirib.

DİN-dən bildirilib ki, S.Ağayev xəstəxanaya yerləşdirilib.

Polis əməkdaşlarının keçirdiyi tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən E.Muradov saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırmalar davam etdirilir.

Bu məqaləni paylaş