“Kamal Kılıçdaroğlunun anti-Rusiya sanksiyaları ilə bağlı bəyanatından sonra Türkiyəyə gələn rusiyalı turistlərin sayında kəskin azalma baş verib.”
Az.shafaqna.com TASS-a istinadən xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu danışıb.
“Turizm Nazirliyinin məlumatlarına əsasən, mayda Türkiyəyə təxminən 1 milyon rusiyalı turist gəlməyib. Nəticədə də biz cari ilin ilk 3 ayının yaxşı olmasının fonunda 2 ayı itirdik. (Kılıçdaroğlunun) bu məsuliyyətsiz bəyanatlar(ın)dan heç bir fayda olmadı“, – deyə o qeyd edib.
Turizm Nazirliyinin açıqlamasına görə, yanvar-aprel aylarında Türkiyəyə ümumilikdə 11 milyondan çox turist gəlib, ən çox turist isə Rusiyadan gəlib – 1,153 milyon nəfər.
Xatırladaq ki, Kılıçdaroğlu deyib ki, Rusiyaya qarşı sanksiyalara qoşulmaq lazımdır.