Ukrayna Baş Kəşfiyyat İdarəsinin (UBKİ) hədəfləri siyahısının başında duran şəxsin adı açıqlanıb.
Az.shafaqna.com “Welt”-ə istinadən xəbər verir ki, bu barədə UBKİ-nin rəis müavini Vadim Skibitski bildirib.
“Bizim prioritet vəzifəmiz öz insanlarına hücum əmri verən dəstə komandirini məhv etməkdir“, – deyə o qeyd edib.
Həmin siyahının başında kimin durması barədə suala isə Skibitski Rusiya prezidenti Vladimir Putinin adını çəkib.
“Putin, çünki baş verənləri koordinasiya edən və qərar verən odur“, – deyə ukraynalı rəsmi əlavə edib.
HƏMÇİNİN OXU: “Biz dünyanın istənilən nöqtəsində rusiyalıları öldürmüşük və öldürməyə də davam edəcəyik”
Bu məqaləni paylaş