Rəsmi Tbilisi rəsmi Kiyevi dəstəkləsə də, hər şeydən öncə öz ölkəsinin qayğısına qalacaq.
Az.shafaqna.com “Sputnik Georgia”-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstan Baş naziri İrakli Qaribaşvili bəyan edib.
“Bizim birbaşa borcumuz və məsuliyyətimiz ilk növbədə öz ölkəmizin xilası və vətəndaşlarımızın müdafiəsi barədə düşünməkdir“, – deyə o qeyd edib.
“Ukrayna (bizdən Rusiyaya qarşı) sanksiya tələb edir deyə biz öz xalqımıza “yox” deməliyik?!“, – deyə gürcü Baş nazir bildirib.
Gürcüstan hökumət başçısının sözlərinə görə, hər bir normal patriot əvvəlcə öz ölkəsi barədə düşünməlidir, ona görə də rəsmi Tbilisi Rusiyaya qarşı sanksiyaların tətbiqindən imtina edib.
“Biz heç kimə ölkəmizə təşviş və destabilizasiya gətirməyə icazə verməyəcəyik“, – deyə Qaribaşvili əlavə edib.
O vurğulayıb ki, çox sayda bu cür cəhdlər olub, lakin Gürcüstan Rusiya-Ukrayna münaqişəsinə müdaxilədən yaxa qurtara bilib, ona görə də, xarici və daxili düşmənlərə baxmayaraq, “biz ölkəmizi sülhə doğru aparmağa davam edəcəyik“.