Gecə saatlarında Bakı şəhəri, Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park (Bulvar) ərazisində bir nəfər dənizdə batma təhlükəsi ilə üzləşib.
“Az.shafaqna.com” xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, məlumatla əlaqədar dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları cəlb ediliblər.
Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində 1998-ci il təvəllüdlü Kənan İbarət oğlu Aşırov dalğıclar tərəfindən xilas edilib.

Bu məqaləni paylaş