Az.shafaqna.com trthaber-ə istinadən xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan neft və təbii qaz kəşfiyyatı ilə bağlı danışıb.
“Qərbi Qara dəniz bölgəsindəki axtarış-kəşfiyyat fəaliyyətlərimizi Orta və Şərqi Qara dəniz bölgələrində də həyata keçiririk. Xüsusilə Ordu və Kastamonu sahillərində intensiv qazma əməliyyatları aparılır”, -deyə Ərdoğan bildirib.
Televiziya kanallarından birinə müsahibə verən Türkiyə Prezidenti həyata keçirilən axtarış-kəşfiyyat fəaliyyətləri nəticəsində təbii qaz kəşf etdiklərini deyib.
“Qərbi Qara dəniz bölgəsindəki axtarış-kəşfiyyat fəaliyyətlərimizi Orta və Şərqi Qara dəniz bölgələrində də həyata keçiririk. Xüsusilə Ordu və Kastamonu sahillərində intensiv qazma əməliyyatları aparılır. Qabardakı şəhid Esma Çevik yatağında kəşfiyyat və qazma fəaliyyətlərimizi intensivləşdirdik. Bu yatağa yaxın bir bölgədə daha bir yataq kəşf etdik. Bu yatağa da şəhid müəllim Aybüke Yalçının adını verdik”,-deyə Rəcəb Tayyib Ərdoğan qeyd edib.