Baş vermiş mina partlayışı ilə bağlı DİN-dən AÇIQLAMA

Bu gün saat 08 radələrində Tovuz rayonunun Əlibəyli kəndi ərazisində mina partlaıyışı baş verib.

“Az.shafaqna.com”-un xəbərinə görə, DİN-in Mətbuat xidmətinin regional qrupundan bildirilib ki, kənd sakini 1948-ci il təvəllüdlü Abdulla Ələsgərovun minaya düşməsi barədə Tovuz Rayon Polis Şöbəsinə məlumat daxil olub. Məlumata görə dərhal polis əməkdaşları hadisə yerinə gələrək A.Ələsgərovu xəstəxanaya çatdırıblar.

Onun sol ayağından xəsarət aldığı bildirilir.

Hazırda xəstəxanada müalicəsi davam etdirilir.

Azərbaycanda yerli sakin minaya düşüb

Bu məqaləni paylaş