Az.shafaqna.com “Gazeta”-ya istinadən xəbər ki, Rusiya Federasiyasının Xakasiya Respublikasında məktəbli qız varlı olduğunu sübut etmək üçün qeyri-adi hərəkət edib.

Belə ki, o, 30 min rublu (təxminən 664 AZN) eyvandan atıb və dostları arasında paylayıb.

Hadisə Sayanoqorsk şəhərində baş verib. Şəhər sakini qızının eyvandan atdığı pulları tapmaq xahişi ilə polisə müraciət edib.

4-cü sinif şagirdi olan qız deyib ki, öz aralarında yeni qadjetləri ilə öyünən uşaqlara olduqca varlı olduğunu sübut etmək qərarına gəlib.

Valideynlərinin iri məbləğdə pulunun harada saxlanıldığını bilən qız öz sözlərini təsdiq etmək üçün pulları götürüb eyvandan atıb. Ana və atasının itkini sezmədiyini görən uşaq qonşu həyətlərdən olan uşaqlara pullar hədiyyə edib. Beləliklə də, qız 30 min rubl xərcləyib”, – deyə regional DİN-dən bildirilib.

Polislər məktbəli və valideynləri ilə profilaktiki söhbət keçiriblər, uşaq artıq şəhər polisinin profilaktik qeydiyyatdında olacaq.