Az.shafaqna.com-un verdiyi xəbərə görə, Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Ərzaq Proqramı (ÜƏP) yardım karvanına edilən hücum səbəbilə Cənubi Sudanda humanitar yardım əməliyyatlarını dayandırıb.
BMT-nin sözçüsü Stefan Dujarrik gündəlik mətbuat konfransında mayın 23-də ÜƏP-nin yardım karvanına hücum edildiyini bildirib.
Hücumun motosiklet qrupu tərəfindən həyata keçirildiyi barədə məlumatı paylaşan Dujarrik hücum nəticəsində 100 növ ərzaq daşıyan yardım karvanının Cənubi Sudandakı BMT şəhərciyinin talan edildiyini bildirib.
Hücum nəticəsində 7 ton yeməyin talan edildiyini qeyd edən Dujarrik ÜƏP-nin bu il üçüncü dəfə hücuma məruz qaldığını bildirib.
“ÜƏP-nin bu bölgədəki əməliyyatları dayandırmaqdan başqa çarəsi yoxdur” deyə Dujarrik qeyd edib.
Sözügedən vəziyyətin 1 milyondan çox insana təsir edəcəyini vurğulayan Dujarrik cari il Cənubi Sudan əhalisinin 76 faizinin humanitar yardıma ehtiyac duyacağının təxmin edildiyini bildirib.