Az.shafaqna.com RT-a istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir bildirib ki, Gürcüstanla birbaşa uçuşların bərpasına dair qərarı şəxsən özü qəbul edib.
“Mən bizdə baş verən bütün müsbət şeyləri hər zaman öz həmkarlarım arasında təsnifləndirməyə çalışıram, lakin bu halda bu, həqiqətən də, mənim qərarım və mənim təklifim idi“, – deyə o qeyd edib.
Bundan başqa, Putin deyib ki, rəsmi Moskva rəsmi Tbilisiyə doğru addımlar atmağa hazırdır.
“Biz yolun bizə düşən hissəsini keçməyə hazırıq, qarşı tərəfə doğru addımlar atırıq və atmağa da davam edəcəyik“, – deyə bəyan edib.
Üstəlik, Rusiya prezidenti vurğulayıb ki, Rusiyanın Gürcüstanla bağlı növbəti addımları Gürcüstan rəhbərliyinin reaksiyasından asılı olacaq.
Xatırladaq ki, Rusiya Gürcüstana qarşı tətbiq etdiyi birbaşa uçuş qadağasını və viza rejimini ləğv edib.