Yaponiya Rusiyaya qarşı sanksiyaları genişləndirdiyini açıqladı

Az shafaqna.com-un verdiyi xəbərə görə, Yaponiya Xirosimada keçirilən G7 sammitindən sonra Rusiyaya qarşı sanksiyaları genişləndirdiyini açıqlayıb.

Yaponiya Rusiyadakı 78 qrup və 17 fiziki şəxsin aktivlərini donduracaq və Rusiyanın 80 qurumuna, o cümlədən hərbi əlaqəli tədqiqat laboratoriyalarına ixracı qadağan edəcək.

Qeyd edək ki, Yaponiyanın Baş naziri Fumio Kisida bir müddət əvvəl G7-yə üzv ölkələrin Rusiyaya qarşı sanksiyalara əməl olunmasına nəzarəti gücləndirəcəklərini bildirib.

ETİKETLƏNDİ:
Bu məqaləni paylaş