“Google Play Store”də yeni troyan virus aşkarlanıb. Bu virus ekrandakı məlumatları digər tərəfə ötürmək məqsədi daşıyır.
“Az.shafaqna.com” xəbər verir ki, Xüsusi Rabitə və İnformasiya Təhlükəsziliyi Dövlət Xidmətindən “Xəzər TV”-yə bildirilib ki, naməlum istifadəçinin yaratdığı yeni proqram mobil telefon üzərində idarəni ələ keçirməyə şərait yaradır.
Sözügedən tətbiq ilk dəfə 2021-ci ildə istifadəçilərin ixtiyarına verilib. Lakin həmin vaxt zərərverici kod aşkar edilməmişdi. Sonradan proqram yeniləndikdən sonra təhlükəli funksiya da əlavə edilib.
Bu məqaləni paylaş
