Türkiyədə 14 mayda prezident seçkiləri, həmçinin parlament seçkiləri keçirildi.

Lakin namizədlərdən heç biri 50 faiz səs toplaya bilmədiyinə görə, Türkiyədə prezident seçkiləri ikinci tura qalıb. İkinci tur mayın 28-də keçiriləcək.
Birinci turun nəticələrinə görə, Rəcəb Tayyib Ərdoğan 49,51, Kamal Kılıçdaroğlu 44,88, Sinan Oğan 5,17, Məhərrəm İncə isə 0,44 faiz səs topladı.
Sinan Oğanın səsi həlledici olacaqmı?
Prezident seçkisinin ilk turunda 5 faizdən çox səs toplamış, ATA İttifaqının namizədi Sinan Oğan bazar ertəsi keçirdiyi mətbuat konfransında ikinci turda Prezident Rəcəb Tayyip Ərdoğanı dəstəkləyəcəyini açıqlayıb.
“Bizə səs verən seçicilərin də cənab R.T. Ərdoğanı dəstəkləməsini istəyirəm”, – deyə Oğan bildirib. Sinan Oğan Ankarada verdiyi açıqlamada ilk turda 5,2 faiz səs toplayaraq seçkidə təsiredici rol oynadıqlarını bildirib.
“Biz bu seçkiləri cəmiyyət qarşısında qoyduğumuz məqsəd və hədəflər baxımından qiymətləndirərkən türk millətçiliyini və kamalizmini ölkənin gündəminə çevirmiş olduq”, -Sinan Oğan deyib.
Mayın 14-də keçirilmiş prezident seçkisində Sinan Oğana səs vermiş seçicilərin seçkinin nəticəsini müəyyən edə biləcəyi düşünülür.
O, Twitter hesabında yazıb: “Məsləhətləşmələrimizin sonuna gəldik. Sabahkı görüşlər və məsləhətləşmələr yekunlaşdıqda, artıq qərarımızı dəqiqləşdirib türk millətinin sevimli övladları ilə paylaşacağıq”.
Sinan Oğan verdikləri qərarlarda “Türk millətinin gələcəyi, ölkənin birlik və bütövlüyü, sabitliyi önəmli olacaq” deyib.
O, dəstəkləyəcəkləri namizədi seçərkən şərtlərini “terrorla mübarizə, terror təşkilatlarının dəstəklədiyi siyasi partiyalarla məsafə saxlamaq, qaçqınları geri göndərmək, konstitusiyanın ilk 4 maddəsinə və 66-cı maddəsinə toxunmamaq” kimi izah etmişdi.
Sinan Oğan New York Times qəzetinə verdiyi müsahibədə ona səs verənlərin 70 faizinin ikinci turda onun elan etdiyi adı dəstəkləyəcəyini iddia edib.
Hakan Bayrakçıya görə, Sinan Oğanın səsləri necə bölünəcək?

Seçkinin birinci turunun nəticəsini daha düz proqnoz verən şəxs, İctimai rəyi araşdıran SONAR şirkətinin sahibi Hakan Bayrakçı CNN TÜRK-də iştirak etdiyi proqramda ATA Alyansının prezidentliyə namizədi Sinan Oğana səs verən seçicilərin ikinci tur davranışı ilə bağlı proqnozlar verib.
Bayrakçı, “İstər Sinan bəy, Ümit bəy, kim hansı tərəfi dəstəkləyirsə, bu 5.17-nin ünvanları 0.1-0.2 səslərlə oynayacaq. Çox dəyişəcəyini düşünmürəm. Yalnız bu açıqlamalar öz siyasi gələcəklərini formalaşdırmaq üçün vacibdir” deyə qey edib.
Onun sözlərinə görə, səslərin – 5,17-nin təxminən 1,25-i Prezident Ərdoğana, təxminən üçdə biri, yəni 1,8-i Kamal Kılıçdaroğluna gedəcək.
İkinci turda iştirakın təxmini ilə bağlı qiymətləndirməni edən Bayrakçı, “O gecə fəallığın azalacağını düşünmürəm. Müxalifət yenidən ümid etsə, müxalifətin də iştirakı artacaq, iqtidar “arxayın olmayın” yenə artacaq”.
Muhərrəm İncə tərəfsiz qaldı

Türkiyədə CHP-dən qopan və Məmləkət partiyasını təsis edən Məhərrəm İncə şantajdan sonra namizədlikdən çəkilməsini istəsə də, MSK bunu qəbul etmədi, buna baxmayaraq o 0.44 faiz səs əldə etdi. Lakin onun daa çox səs toplaya biləcəyini ehtimal verən araşdırmaçılar, bu səslərin Sinan Oğana getdiyini bildirdilər. İncəyə olunan şantajlara görə, o Kılıçdaroğlu xeyrinə səs verməyəcəyini tərəfsiz qalma açıqlaması ilə göstərib. Beləliklə Türkiyədə mayın 28-də keçiriləcək prezident seçkilərinin ikinci turu ilə bağlı Məmləkət Partiyası qərarını açıqlayıb. Qərar Məhərrəm İncənin sədrliyi ilə Mərkəzi İcra Şurası tərəfindən qəbul edilib.
“Çəkildiyimiz nöqtədəyik. Açıq dəstək ifadə etməyəcəyik”, – İncə bildirib.
Dövlət Baxçalı: “Amerikanın uşaqları…

Dövlət Baxçalı çıxışı zamanı bildirib ki, qanunvericilikdə uğur əldə olunarsa, icra edici qurumlar da uğur qazanacaq: “İcrada uğur Prezident Hökumət Sistemini qoruyub saxlamaq və prezident Rəcəb Tayyib Ərdoğanı 13-cü prezident etməkdir. Bu səbəbdən mayın 28-də keçiriləcək seçkilər təkcə Prezidentin seçilməsini deyil, sabitlik, istiqlal və gələcək dediyimiz 3-cü partiyanı da təmin edəcək.”
D.Baxçalı bəzi beynəlxalq nəşrləri də tənqid edərək bunları deyib: “Bütün dünyaya səslənirəm və deyirəm ki, Amerikanın uşaqları Hansın, Almaniyanın uşaqları Toninin, Koninin, Frankın, Henrinindir. Birdən sizin alayına müraciət edirəm, nə yazırsan, nə deyirsən deyirsən, Türkiyədə kimlə əməkdaşlıq edirsən et. Anadolunun igidini Rəcəb Tayyib Ərdoğanı əzməyəcəyik. Avropanın bəzi ölkələrində özlərini türk əsilli kimi göstərərək Almaniya və Belçikaya xidmət edən əclaflara millətin bir cavabı olsun…”
Qeyd edək ki, hər iki namizəd özünün qələbə çalacağını bildirir. Lakin hər halda bunu Türkiyə xalqı bazar günü, 28 may tarixində özü deyəcək.

Shafaqna