Göygöl rayonunun Topalhəsənli kəndində selin apardığı iki nəfər ora istirahət məqsədi ilə gediblərmiş.
“Az.shafaqna.com” xəbər verilir ki, onlar oradakı istirahət mərkəzində istirahət edirmiş.
Həmin vaxt Gəncə çayında sel baş verib və 1954-cü il təvəllüdlü Muxtar Hüseynov və 2001-ci il təvəllüdlü İbrahim Qurbanov itkin düşüblər.
Artıq onların meyiti tapılıb və aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, daşqınlar zamanı yeddi avtomobilə ziyan dəyib. 50-dən çox mal-qara tələf olub.
Bu məqaləni paylaş