
Az.shafaqna.com “Russia Today”-a istinadən xəbər verir ki, Livanın paytaxtı Beyrutun Tariq-əl-Cədidə yaşayış kvartalında elektrik generatoru üçün solyar yağının (“solyarka) saxlanıldığı anbarda partlayış baş verib.
Digər məlumata görə isə, anbarda benzin bidonları və mazut çəni olub.
Partlayış yanğına səbəb olub.
Hadisə yerinə gələn yanğın söndürən komandaları alovla mübarizə aparır.
Bununla yanaşı, hərbçilər və könüllülər yaxınlıqda yerləşən evlərdəki insanların təxliyəsi ilə məşğuldurlar.
Ən son məlumatlara görə, hadisə nəticəsində 3 nəfər həyatını itirib, 50-dən çox insan isə yaralanıb.
Xatırladaq ki, 4 avqustda Beyrut limanında güclü partlayış baş vermişdi. Nəticədə şəhərin böyük bir hissəsi dağılıb. Təxminən 200 insan həyatını itirib, minlərlə insan isə müxtəlif bədən xəsarətləri alıb, yüzminlərlə insan işsiz və evsiz qalıb.






























