Xaricdə verilən səslərin sandıqları Türkiyəyə gətirilib

Az.shafaqna.com trthaber-ə istinadən xəbər verir ki, Türkiyədə mayın 28-də keçiriləcək prezident seçkilərinin ikinci turu üçün xarici nümayəndəliklərdə səsvermə prosesi başa çatdıqdan sonra səslər təyyarələrlə Ankaraya gətirilib.

Səsləri daşıyan Türk Hava Yollarına məxsus “Çatalhöyük”, “Lale “(Tulip) və “TC-LOH” adlı təyyarələr saat 19.15, 01.50 və 02.40-da Esenboğa hava limanına enib.

Prezident seçkilərində birinci turla müqayisədə bu dəfə daha yüksək fəallığın olduğu bildirilib.

Buna görə, xaricdə və sərhəd-keçid məntəqələrində səs verənlərin sayının 1,9 milyonu ötdüyü, ikinci turda sıx iştirakın türk xalqının demokratik yetkinliyinin göstəricisi olduğu vurğulanıb.

Bu məqaləni paylaş