Az.shafaqna.com TASS-a istinadən xəbər verir ki, Çinin Xalq Azadedici Ordusunun rəsmisi Çjan Nandun bəyan edib ki, ABŞ Hərbi Dəniz Qüvvələrinin (HDQ) “Con Makkeyn” adlı esminesi Cənubi-Çin dənizindəki Sişa arxipelaqı yaxınlığında Çin məhəlli sularına soxulub.

Onun sözlərinə görə, bu, ABŞ tərəfindən Çin dəniz sərhədlərinin pozulması ilə bağlı ilk hal deyil. Vaşinqton “güc nümayişi üçün” dəfələrlə öz gəmilərini Cənubi-Çin dənizinə göndərib.

Nandun qeyd edib ki, ABŞ bu cür hərəkətləri ilə Çinin müstəqilliyini kobud şəkildə pozur, həmçinin onun təhlükəsizlik sahəsindəki maraqlarına zərər vurur.

ABŞ-dan təxribat xarakterli bu cür hərəkətləri dərhal dayandırmağı, təsadüfi insidentlərin baş verməməsi üçün dəniz və hava qüvvələrinin əməliyyatlarını ciddi nəzarətdə saxlamağı tələb edirik”, – deyə Çin ordusunun rəsmisi bildirib.

O əlavə edib ki, Cənubi-Çin dənizi adaları və onların yaxınlığındakı akvatoriyalar üzərində Çinin danılmaz suverenliyi var.