Putin Azərbaycan Prezidentinə təşəkkür edib

“Avrasiya İqtisadi Birliyi çərçivəsində indiki işimizə qoşulmaq qərarına gəldiyinə görə Azərbaycan Prezidentinə təşəkkür etmək istərdim”.

“Az.shafaqna.com” xəbər verir ki, Kremlin məlumatına görə, bunu Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə bildirib.

O, qeyd edib ki, Rusiya-Azərbaycan münasibətləri yüksək səviyyədədir.

“Rusiya-Azərbaycan münasibətləri yüksək səviyyədədir, onlar mütərəqqi, üstəlik, bərabərlik prinsipləri əsasında, bir-birinin maraqları nəzərə alınmaqla və 2022-ci ilin fevralında imzalanmış müttəfiqlik qarşıqlıqlı fəaliyyəti haqqında Bəyannaməyə uyğun olaraq inkişaf edir. Biz hamımız buna çox sevinirik”, – deyə Rusiya lideri bəyan edib.

Prezident İlham Əliyev: Avrasiya İqtisadi Birliyinə üzv ölkələrlə qarşılıqlı əlaqələri möhkəmləndirmək fikrindəyik

Moskvada Prezident İlham Əliyevin Prezident Vladimir Putinlə görüşü başladı

Bu məqaləni paylaş