Az.shafaqna.com-un verdiyi xəbərə görə, Kolumbiyanın Şimali Santander departamentinin Tibu rayonunda polis patruluna edilən bombalı hücumda 3 nəfər ölüb, 8 nəfər yaralanıb.
Bu barədə yerli “Caracol Radio” radiostansiyası məlumat yayıb.
Məlumata görə, partlayıcı qurğu yoldan keçən patrul maşınının yanında işə salınıb.
Ölənlər arasında iki polis əməkdaşı və bir yerli sakin var. Hadisə zamanı habelə dörd polis əməkdaşı və dörd mülki şəxs də yaralanıb, onların hamısı xəstəxanaya cəlb olunub.
Radiostansiya qeyd edib ki, partlayış Kolumbiyanın müdafiə naziri İvan Velaskesin bölgəyə gəlməsindən bir neçə saat əvvəl baş verib. Hücuma görə, məsuliyyti üzərinə götürən olmayıb.
Lakin ərazidə “Milli Azadlıq Ordusu”nun üsyançıları, eləcə də Kolumbiyanın İnqilabçı Silahlı Qüvvələrinin keçmiş üzvləri tez-tez cinayət əməlləri həyata keçirirlər.