Az.shafaqna.com xəbər verir ki, Rusiya Liberal Demokrat Partiyası (RLDP) lideri Vladimir Jirinovski Qarabağ problemi ilə bağlı “həll yolu” təklif edib.

Bu barədə o, özünün “Telegram” kanalında yazıb.

Ermənistan və Azərbaycan başçıları Moskvaya gələrək bizim iştirakımızla mübahisəli ərazinin bölünməsinə dair razılığa gələ bilərlər”, – deyə Jirinovski bildirib.

Dağlıq Qarabağın bir hissəsinin Ermənistana, digər hissəsinin isə Azərbaycana verilməsini təklif edən RLDP lideri iddia edir ki, bu cür olduqda “Dağlıq Qarabağ kimi region daha mövcud olmayacaq, yalnız yaşayış məntəqələrinin adları qalacaq: Şuşa, Stepanakert və sair”.

Onun sözlərinə görə, “ərazi bölünməsi” baş vermədən tərəflər heç vaxt ortaq dil tapmayacaqlar.

Üstəlik, biz yeni sərhədə sülhməramlı göndərə bilərik”, – deyə o əlavə edib.

Jirinovski heç kəsin heç kimi tərəfkeşlikdə ittiham edə bilməməsi üçün sülhməramlıların beloruslardan olmasını təklif edib.