İki ölkə arasındakı müharibənin fonunda Kiyev hələ də Moskvadan pul almaqdadır.
Az.shafaqna.com xarici mediaya istinadən xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin danışıb.
O, Ukrayna ərazisindən Rusiyaya məxsus 2 qaz xəttinin keçdiyi və xətlərdən birinin Ukrayna tərəfindən qapadıldığını deyib.
“Yeri gəlmişkən, (hazırda) ikinci xətlə biz Avropaya qaz tədarük edirik, Ukrayna isə, bizi təcəvüzkar adlandırmağına baxmayaraq, tranzitə görə rahat şəkildə pul qazanmaqdadır“, – deyə Putin qeyd edib.
Bu məqaləni paylaş