Macarıstandan Türkiyəyə ABŞ təhlükəsi ilə bağlı xəbərdarlıq

Rəsmi Budapeşt ABŞ-ın Türkiyədəki seçkilərə təsir etmək cəhdləri ilə bağlı diqqətli olmasının zəruriliyi ilə bağlı rəsmi Ankaraya xəbərdarlıq edib.

Az.shafaqna.com türk mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyə daxili işlər naziri Süleyman Soylu bildirib.

“ABŞ-ın adından müxtəlif ölkələrdəki narıncı inqilabları maliyyələşdirmiş Corc Soros Macarıstandakı seçkilərədə təsir etmək istəyirdi. Macarıstanın daxili işlər naziri Pinter mənim dostumdur, biz onunla daim əlaqədəyik. O dedi ki, seçkilərə (təzyiq üçün) vəsaitlər birbaşa ABŞ büdcəsindən gəlirdi. Pinter bizə də diqqətli olmağımızla bağlı xəbərdarlıq etdi“, -deyə o qeyd edib.

Soylu əlavə edib ki, Macarıstan Baş naziri Viktor Orban seçkilərdəki qələbəsindən sonra “Soros və onun adamlarını ölkədən qovdu“. Orban öz seçki kampaniyası çərçivəsində isə anti-LGBT gündəliklə çıxış edirdi ki, nəticədə də o, əhalinin 80%-i onu dəstəklədi.

O deyib ki, ABŞ Avropa ölkələrinin gündəliklərini LGBT tematikası ilə doldurur və bu cür təşkilatlara böyük dəstək verir.

Məsələn, bu mövzulardakı teleserialların tanıtdırılmasına kömək edir. Bəzi təşkilatlara birbaşa pullar göndərilir“, – deyə o qeyd edib.

Türkiyəli nazir ABŞ-ın Türkiyə və uyğur türkləri mövzusundan istifadə edərək Çinə zərbə endirmək cəhdlərinin olduğunu da vurğulayıb.

Bu məqaləni paylaş