NATO: Ukraynanın alyansa qəbulu qeyri-mümkündür

Ukraynanın davam etməkdə olan müharibənin fonunda NATO-ya daxil olması məsələsi gözdən keçirilmir.

Az.shafaqna.com TASS-a istinadən xəbər verir ki, bu barədə Şimali Atlantika İttifaqının Baş katibi Yens Stoltenberq bəyan edib.

Müharibə zamanı Ukraynanın NATO-ya daxil olması qeyri-mümkündür“, – deyə o qeyd edib.

Rəsmi Kiyevin Qərbdən almaq istədiyi bəzi təhlükəsizlik zəmanətlərinə dair sualı cavablandıran Stoltenberq deyib:

Mütləq zəmanət yalnız NATO-ya daxil olmaq olacaq, lakin, dediyim kimi, müharibə vaxtı bu, mümkün deyil“.

Ukraynanın alyansa üzvlüyünün hazırda əsas məsələ olmadığı deyən Stoltenberq əsas məqsəd olaraq “müharibənin Ukraynanın qələbəsi ilə bitməsi“ni göstərib.

Eyni zamanda da, o bildirib ki, münaqişə bitəndən sonra Ukraynanın NATO-ya qəbulu və onun kollektiv təhlükəsizlik sisteminə avtomatik şəkildə tam qoşulmasına da zəmanət verilmir.

Onun sözlərinə görə, mühüm olan hazırkı müharibədən sonra Rusiyanın Ukraynaya qarşı yeni hücumlarını istisna edəcək həll yolları tapmaqdır.

Bu məqaləni paylaş