Az.shafaqna.com-un verdiyi xəbərə görə, Fransanın rəsmi qəzetində dərc olunan qərara əsasən, ölkədə daxili uçuşlar qadağan edilib.
Qadağa ölkədə qatarla alternativi olan 2,5 saatdan az daxili uçuşlara aiddir. Qadağa 3 il müddətində qüvvədə olacaq.
Nəqliyyat naziri Klement Beaune verdiyi yazılı açıqlamada sözügedən qərarla Nant, Bordo, Lyon və Paris-Orly arasında uçuşların qadağan edildiyini bildirib.
Beaune qeyd edib ki, bu qərar istixana qazı emissiyalarının azaldılması siyasəti üçün əsas addımdır.
Bu addımın dünyada bir ilk olduğunu bildirən nazir bunun hökumətin daha az istixana qazı buraxan nəqliyyat növlərini təşviq etmək siyasəti ilə üst-üstə düşdüyünü vurğulayıb.
Bu məqaləni paylaş