Azərbaycan Basketbol Liqasında bu gün final seriyasının üçüncü oyunu keçiriləcək.
“Az.shafaqna.com” xəbər verir ki, “Sabah” və “Gəncə” komandaları “Sərhədçi” İdman Mərkəzində üz-üzə gələcəklər.
İlk görüşdə paytaxt təmsilçisi, ikinci qarşılaşmada isə gəncəlilər qələbə qazanıb. Hazırda seriyada hesab bərabərdir – 1:1.
Çempion üç qələbənin nəticəsinə əsasən müəyyənləşəcək. Mayın 27-də qalib bəlli olmasa, 3 gün sonra beşinci oyun gerçəkləşəcək.
Qeyd edək ki, daha əvvəl NTD “AAAF Xırdalan”ı 100:79 hesabı ilə məğlub edərək bürünc medala sahib çıxıb.
Bu məqaləni paylaş