Gəncə əhalisinin sayı AÇIQLANDI

Gəncə şəhərində əhalinin sayı 2023-cü il yanvar ayının 1-i vəziyyətinə şəhər üzrə 330,3 min nəfər olub.

“Az.shafaqna.com” xəbər verir ki, bu barədə Gəncə Şəhər Statistika İdarəsinin açıqladığı 2023-cü ilin yanvar-mart aylarında Gəncə şəhərinin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərində əks olunub.

Qeyd edək ki, 2019-cu ildə keçirilmiş əhalinin siyahıyaalınmasının nəticəsi əsasında yenidən hesablama aparılıb və əhalinin sayı məlum olub.

Gəncədə yaşayan əhalinin 161,0 min nəfəri kişilər, 169,3 min nəfəri isə qadınlar təşkil edib.

ETİKETLƏNDİ:
Bu məqaləni paylaş