
Az.shafaqna.com “Gazeta”-ya istinadən xəbər verir ki, Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayevə qarşı sui-qəsd törədilib.
Bu barədə sabiq dövlət başçısının müşaviri Gündüz Joldubayeva məlumat verib.
“Eks-prezidentin maşınına döyüş güllələri ilə atəş açıblar”, – deyə Joldubayeva “Facebook” səhifəsində yazıb.
Ən son məlumata görə, Atambayev xəsarət almayıb.






























