Az.shafaqna.com-un verdiyi xəbərə görə, Meksikanın şimalında “off-road” yarışlarının keçirildiyi əraziyə silahlı hücum təşkil edilib.
Yerli KİV-in məlumatına əsasən, Baja Kaliforniya ştatının Ensenada şəhərində avtomobil yarışlarının keçirildiyi ərazidə silahlı hücum həyata keçirilib. Mikroavtobusla əraziyə gələn silahlı şəxslər təsadüfi atəş açıb, insdent nəticəsində 10 nəfər həyatını itirib, çoxlu sayda insan yaralanıb.
Ensenada Bələdiyyə Başçısı Armando Ayala Robles pislədiyi hadisə ilə bağlı istindaq başladıldığını bildirib.
Bu məqaləni paylaş