Az.shafaqna.com TASS-a istinadən xəbər verir ki, Qırğızıstanın eks-prezidenti Almazbek Atambayev bəyan edib ki, parlament seçkilərindən sonra ölkədə baş verən hadisələr “3-cü inqilabdır”.

İnqilab zamanı, təəssüf ki, artıq 3-cü (inqilab zamanı), Batkendən, Leylekdən olan 19 yaşlı gənc həlak olub”,  – deyə o bildirib.

Atambayev həmçinin deyib ki, “hakimiyyət və kreslo” onun üçün əhəmiyyətli deyil.

Əgər mənə hakimiyyət lazım olsa idi, mən ikinci müddətə də qalardım”, – deyə o qeyd edib.

Onun sözlərinə görə, o, hakimiyyətin dinc yolla təhvili “presedentini xüsusi olaraq yaradıb” və “başqa insanı təşviq edib”.

Xatırladaq ki, daha öncə etirazçılar Atambayevi Bişkekdəki həbsdən azad ediblər.

O, 2019-cu il avqust ayında həbs edilmişdi.