Rusiya-Gürcüstan arasında ticarət dövriyyəsi artır – STATİSTİKA

2023-cü ilin yanvar-aprel aylarında Gürcüstan və Rusiya arasındakı əmtəə dövriyyəsi, 2022-ci ilin analoji dövrü ilə müqayisədə, 51,5% artaraq 848,6 milyon dollar təşkil edib.

Az.shafaqna.com “Sputnik Georgia”-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika Komitəsindən (MSK, “Sakstat”) məlumat verilib.

Həmçinin Gürcüstandan Rusiyaya olan ixrac da 44,6% artıb.

Gürcüstan və Rusiyanın 2023-cü il yanvar-aprel üçün olan xarici ticarət dövriyyəsi:

Göstərici Həcm, milyon dollar Artım, %
İxrac 226,2 44,6
İdxal 622,3 54,2
Ümumi 848,5 51,5

Gürcüstandan Rusiyaya ən çox sular, o cümlədən də mineral və qazlı sular, minik avtomobilləri, ferro-qarışıqlar ixrac edilir.

Rusiyadan Gürcüstana isə əsasən neft məhsulları, təbii qaz, buğda unu, şüşə qablar, buğda ixrac olunur.

2022-ci ildə ölkələr arasında ümumilikdə 2,5 milyard dollarlıq ticarət baş vermişdi ki, bu da 2021-ci illə müqayisədə 52,3% daha çox demək idi. Gürcüstandan Rusiyaya ixrac 6,8 faiz, Rusiyadan Gürcüstana ixrac isə 79,4 faiz artmışdı.

Bu məqaləni paylaş