Paşinyan: Qarabağı Azərbaycan ərazisi kimi tanıyırıq

Qarabağ Azərbaycanın 86,6 min km²-lik ərazisinə daxildir.

Az.shafaqna.com “Sputnik”-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan baş naziri Nikol Paşinyan bildirib.

“Ermənistan Qarabağı Azərbaycanın bir hissəsi olaraq tanıyırmı?” sualının cavabında Paşinyan deyib ki, Ermənistanın bütün hökumətləri Azərbaycanın ərazi bütövlüyünü tanıyıb.

Və əgər biz Azərbaycanla bir-birimizi düz anlayırıqsa, Yerevan Azərbaycanın ərazi bütövlüyünü göstərilmiş həddə, Bakı isə Ermənistanın ərazi bütövlüyünü 29 800 km² həddində tanıyır“, – deyə o qeyd edib.

Paşinyan deyib ki, Qarabağda yaşayan ermənilərlə Azərbaycan hökuməti arasında birbaşa danışıqlar olmalıdır.

Xatırladaq ki, daha öncə də Paşinyan demişdi ki, sahəsi 86,6 min km² olan Azərbaycanın ərazi bütövlüyünü tanıyır.

Qeyd edək ki, Azərbaycan tərəfi hər zaman Qarabağın erməni sakinlərinə ölkə qanunvericiliyi altında adi qaydada yaşamağı təklif edir.

Bu məqaləni paylaş