Paşinyan: Ermənistan KTMT-dən çıxa bilər, əgər…

Yerevan hələ Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Qırğızıstandakı birgə təlimlərində iştirakla bağlı qərar qəbul etməyib.

Az.shafaqna.com RBC-a istinadən xəbər verir ki, bu barədə Ermənistan baş naziri Nikol Paşinyan bildirib.

Əgər Ermənistan KTMT-dən çıxışa dair de-yure qərar qəbul edərsə, bu, KTMT-in Ermənistandan getməsinin Yerevan tərəfindən qeydə almasından sonra baş verəcək. Mən deməzdim ki, məsələ gündəlikdən çıxarılıb, məsələ hələ qüvvədədir və onu müzakirə etmək lazımdır, həmin məsələ müzakirə edilir də, düzdür? Daim müzakirə edilir ki, monitorinq qrupu Ermənistana gələcək ya yox, o, niyə gəlməyəcək, biz bu barədə şəffaf danışırıq. Ermənistanın KTMT-yə üzvlüyünün dayandırılması və ya dondurulması haqda de-yure qəbul edəcəyini istisna etmirəm“, – deyə o əlavə edib.

Paşinyanın sözlərinə görə, əgər Yerevan KTMT-nin daha Ermənistanda fəaliyyət göstərmədiyi qənaətinə gəlsə, o zaman təşkilata de-yure üzvlük statusu digər ölkələrlə təhlükəsizlik məsələlərin müzakirə etməyə mane olacaq.

Əlbəttə, bu cür imkan olub, lakin həmin imkanlardan imtina əsasən Ermənistanın KTMT üzvü olması ilə izah edilirdi. Deyirdilər ki, siz KTMT üzvüsünüz, biz sizinlə nəyi müzakirə edək?“, – deyə Paşinyan bildirib.

KTMT-dən çıxış qərarının Rusiya ilə əlaqələrə nə cür təsir edəcəyi barədə sualın cavabında Paşinyan deyib ki, özü də bu sualı verir.

Bu yaxınlarda sosioloji sorğu keçirildi və biz görürük ki, Ermənistan vətəndaşları arasında Rusiyaya etimad azalmaqdadır. İki ölkə arasındakı əlaqələr barədə danışarkən, məgər (biz) yalnız lidelərin şəxsi münasibətləri barədə (danışırıq)?“, – deyə o qeyd edib.

Xatırladaq ki, daha öncə Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Səfəryan bildirmişdi ki, Ermənsitan Təhlükəsizlik Şurasında hələ 2022-ci ilin sentyabr ayında KTMT-dən çıxış məsələsi müzakirə edilmişdi.

HƏMÇİNİN OXU: Lavrov: ABŞ ermənilərə deyir ki, rusları öz ərazinizdən qovun

Bu məqaləni paylaş