Azərbaycanla Litva arasında sənədlər imzalanıb

Mayın 22-də Vilnüsdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Litva Respublikasının Prezidenti Gitanas Nausedanın iştirakı ilə Azərbaycan-Litva sənədlərinin imzalanması mərasimi olub.

“Az.shafaqna.com” xəbər verir ki, Azərbaycan və Litva arasında aşağıdakı sənədlər imzalanıb:

– “Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Litvanın Ətraf Mühit Nazirliyi arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığa dair Saziş”;

– “Azərbaycan Baş Prokurorluğu ilə Litvanın Baş Prokurorluğu arasında 2024-2025-ci illər üçün Əməkdaşlıq Proqramı”;

– “Azərbaycan Gənclər və İdman Nazirliyi ilə Litvanın Sosial Təhlükəsizlik və Əmək Nazirliyi arasında gənclər siyasəti sahəsində əməkdaşlıq haqqında Saziş”.

Bu məqaləni paylaş