Az.shafaqna.com xəbər verir ki, Türkiyə Suriya prezidenti Bəşər Əsədlə əməkdaşlıq edərək suriyalıları ölkələrinə göndərəcək.

Bu barədə məlumatı Türkiyənin Xarici işlər naziri Çavuşoğlu özəl televiziya kanalında gündəmlə bağlı sualları cavablandırarkən deyib.

O Suriyalı qaçqınların ölkələrinə qayıtması üçün bölgədə terrordan təmizlənməli olduğunu bildirib.

Əsədlə əməkdaşlıq etmədən sığınacaq axtaranların göndərilməsinin düzgün olmadığını deyən Çavuşoğlu, həyata keçiriləcək yol xəritəsi haqqında məlumat verib.

“Suriyalı mühacirlər Türkiyəyə vətəndaş müharibəsi səbəbilə gəliblər. 550 min suriyalı mühacir ölkəsinə geri göndərilib”, – Çavuşoğlu deyib.

O, bununla belə, həmin rəqəmin kifayət etmədiyini və daha çox mühacirin ölkəsinə göndəriləcəyini vurğulayıb: “Mühacirlər geri dönəcəklər, onları geri qaytaracağıq, amma bunu insan ləyaqətinə yaraşan şəkildə etməliyik. Siyasi proseslərin canlandırılması, terrorla mübarizə, Suriyanın terrorçulardan təmizlənməsi və vətəndaşlarının təhlükəsiz qayıdışı həyata keçiriləcək. Bunlar hamısı bir-biri ilə əlaqəlidir”.

Mövlud Çavuşoğlu Əfqanistan, Pakistan, Afrika ölkələri və digər yerlərdən Türkiyəyə qeyri-qanuni yollarla gələn bir çox qanunsuz mühacirin də ölkələrinə geri göndərildiyini vurğulayıb.