“Georgian Airways” aviaşirkəti Gürcüstan prezidenti Salome Zurabişvilini “persona non qrata” elan edib.
Az.shafaqna.com xarici mediaya istinadən xəbər verir ki, bu barədə şirkətin təsisçisi Tama Qaiaşvili bəyan edib.
Səbəb isə Zurabişvilinin “Georgian Airways”i boykot etmək çağırışıdır.
“Salome xanım (Gürcüstanın) milli aviaşirkət(in)ə boykot elan edib, biz də onu arzuolunmaz şəxs elan edirik və o, Gürcüstan xalqından üzr istəməyincə onu (təyyarələrimizin) göyərtəsinə buraxmayacağıq“, – deyə Qaiaşvili bildirib.
Xatırladaq ki, adıçəkilən şirkət Tbilisidən Moskvaya ilk reysini həyata keçirdikdən sonra Zurabişvili həmin şirkətə xeyir verməmək üçün “göyərtə “Georgian Airways”in əlində olduğu müddətcə ondan imtina edəcək“. O, gürcüstanlıları da boykota qoşulmağa səsləyib.