Azərbaycanda 74 yaşlı kişi həyatına son qoydu

Xaçmazda 74 yaşlı kişi həyatına son qoyub. Hadisə Xaçmaz rayonunun Qaraçaycek kəndində qeydə alınıb.

“Az.shafaqna.com” xəbər verir ki, kənd sakini Şahmurad Hacımurad oğlu Məmmədov yaşadığı evdə özünü asaraq intihar edib.

Hadisə yerinə polis-prokurorluq əməkdaşları gəlib. Xaçmaz rayon prokurorluğunda fakta görə araşdırma başlayıb.

Bu məqaləni paylaş