Ərdoğan: Türkiyə buna görə Rusiyaya sanksiya tətbiq etmir

Rəsmi Ankara hazırda Qərb kimi Rusiyaya qarşı sanksiya tətbiq etmək mərhələsində deyil.

Az.shafaqna.com CNN-a istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

Biz Rusiyaya qarşı sanksiyalar tətbiq edə biləcəyimiz mərhələdə deyilik“, – deyə o qeyd edib.

Xatırladaq ki, Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu ABŞ-lı həmkarı Entoni Blinkenlə keçirdiyi mətbuat konfransıda deyib ki, ölkəsi Rusiyaya qarşı birtərəfli sanksiyalara qoşulmayacaq.

Bundan başqa, Ərdoğanın rəsmi nümayəndəsi İbrahim Kalın da bildirib ki, Türkiyənin Rusiyaya qarşı sanksiyaları hər şeydən öncə Ankaranın özünə qarşı olacaq.

Bu məqaləni paylaş