Polşa: Zelenski polyak xalqından üzr istəməlidir! – SƏBƏB

Kiyev Varşavadan Volın qırğınına görə üzr istəməyib, odur ki, Ukrayna prezidenti Vladimir Zelenski öz üzərinə daha böyük məsuliyyət götürərək bu addımı atmalıdır.

Az.shafaqna.com “Onet”-ə istinadən xəbər verir ki, bu barədə Polşa Xarici İşlər Nazirliyinin (XİN) rəsmisi Lukaş Yasin bəyan edib.

XATIRLATMA: Volın qırğını və ya Volın və Şərqi Qalisiyada Polşa qırğınları – İkinci Dünya Müharibəsi zamanı nasistlərlə əməkdaşlıq edən millətçi Ukrayna Üsyan Ordusunun etnik baxımdan polyak olan mülki əhaliyə qarşı olan soyqırımıdır. Volindəki qırğın daha çox polyak xalqına qarşı yönəlmiş olsa da, digər etnik qruplar da bu qətliamdan öz paylarını almışdırlar. 1939-cu ilin martında Polşanın nəzarəti altında olan torpaqlarda ilk dəfə faşistlərin başlatdığı qırğın, nasistlərin Ukraynaya soxulması ilə oradakı millətçi üsyançı ordu tərəfindən davam etdirilmişdir. Sovet İttifaqı tərəfindən azad edilmiş Polşanın 1943-cü ilin iyulunda əks hücuma keçməsi ilə qırğınlar başa çatdırılmışdır. Polşa hökuməti bu hadisələri soyqırım kimi qiymətləndirmişdir. Mənbələrə əsasən, bu qırğınlar zamanı 50-60 min polyak qətlə yetirilib.

Yasin jurnalistin dəqiqləşdirici sualına cavabən Zelenskiyə belə deməyi təklif edib: “(Bizi) bağışlamağınızı xahiş edirik, üzr istəyirik“. Polyak XİN rəsmisi deyib ki, bu cür sözlər iki ölkə münasibətlərinə müsbət təsir edir, lakin Ukrayna tərəfindən hələ kifayət qədər bu cür cümlələr işlədilməyib.

Biz polyaklar dövlətimiz tərəfindən ukraynalılara qarşı törədilmiş cinayətlərə görə polyak məsuliyyətini öz üzərimizə götürdük. Ukrayna tərəfindən bu cür məsuliyyətlə bağlı çatışmazlıq var“, – deyə o qeyd edib.

Bu məqaləni paylaş